Sosial-İqtisadi Kollecdə “Bütöv Vətənə Bahar gəlir”adlı tədbir keçirildi
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Bütöv Vətənə Bahar gəlir”adlı tədbir keçirilib.
Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Yurdumuzun hər bir guşəsində, xüsüsəndə Qarabağda, Xankəndində həyatın yenilənməsini qeyd edən kollecin direktoru daha sonra bildirdi ki, Novruz bayramı dirçəlişin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, tələbələr tərəfindən təqdim olunan bayram əhval-ruhiyyəli səhnəciklər, rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Sonda UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir qrup müəllim Fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.