Kollecdə “Yaşıl həyat” adlı rəsm müsabiqəsi kecirilir

 Elm və Təhsil Nazirinin və UNEC rektorunun Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə bağlı təsdiq etdikləri Tədbirlər Planının icrası davam edir.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbələri arasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl həyat” adlı rəsm müsabiqəsi kecirilir. Bütün qruplar üzrə kecirilən müsabiqədə əsas məqsəd tələbələrin qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlimin dəyişikliyinin qarşısının alınmasına diqqətlərini çəkməkdir.
Müsabiqənin tələbləri:
- Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.) və ölçüsü ən azı A3 və A4 formatında olmalıdır;
- Rəsmilərin üzərində tələbələrinin adı, soyadı və qrupu qeyd olunmalıdır; 
- Hər bir tələbə müsabiqəyə yalnız bir rəsm əsəri təqdim edə bilər;
- Müsabiqəyə işlər mayın 28-dək təqdim olunmalıdır.
 

4-03-2024, 11:21
up