“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin 121,582 və 120 saylı qrupun tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qrup rəhbərləri Səadət Məmmədova,Aygün Mirzəyeva və Tünzalə Quliyeva müstəqillik uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri haqqında tələbələrə ətraflı məlumat veriblər.