Kollecdə “Qlobal istiləşmənin yaratdığı problemlər: vəziyyətdən necə çıxaq?” mövzusunda tədbir keçirildi

Elm və Təhsil Nazirinin və UNEC rektorunun Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə bağlı təsdiq etdikləri Tədbirlər Planının icrası davam edir.
Aprelin 24-də UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Qlobal istiləşmənin yaratdığı problemlər: vəziyyətdən necə çıxaq?” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, "Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova iştirak ediblər.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxışında bildirib ki, bildirib ki, Azərbaycan bu ilin 11-24 noyabr tarixlərində COP29 (Conference of the Parties) adlı möhtəbər tədbirə ev sahibliyi edəcək. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Qeyd olunan qlobal tədbir və respublika miqyaslı yaşıllıq hərəkatının əsas məqsədi ekoloji problemlərin minimuma endirilməsi, ətraf mühitin sağlamlaşdırılmasıdır: “Biz də kollecimizdə 2024-cü ili “Yaşıl Həyat”ili elan etmişik. Bununla əlaqədar Tədbirlər Planı hazırlamışıq.İnanırıq ki, ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbir dünyanın ekoloji durumuna müsbət təsir göstərəcək”. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, dəyirmi masa iştirakçılarının sualları cavablandırılıb. Sonda tədbir iştirakçıları kollecdə təşkil olunan “Yaşıl dünyamız – sağlam gələcəyimiz” adlı sərgiyə baxış keçiriblər.

24-04-2024, 15:06
up