Kollecdə “İnsan alverinə qarşı mübarizədə təhsilin rolu”mövzusu müzakirə olunub

18.04.2024-cü il tarixdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı çərçivəsində Tədbirlər Planına uyğun olaraq “İnsan alverinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim zamanı “İdarəetmə” ixtisasının 708-ci qrupunda “İnsan alveri nədir?”, “İnsan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar”, “İnsan alverinin qurbanlarının müəyyən edilməsi”, “İnsan alverinin nəzəri anlayışları” kimi mövzular üzrə tələbələrə geniş məlumat verilib və iştirakçılarla interaktiv müzakirələr aparılıb.
Kollecin müəllimi Səyyad Əhmədov çıxışında daha sonra qeyd etdi ki, təhsil müəssisələrində yeniyetmə və gənclərin bu istiqamətdə məlumatlandırılması üçün mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır. Onlara insan alveri ilə məşğul olanların toruna düşməmək üçün hansı addımların atılması, dövlət səviyyəsində bu çirkin alverə qarşı hansı mübarizə tədbirlərinin həyata keçirildiyi haqqında tələbələrə ətraflı məlumat verdi.
Sonda  S.Əhmədov bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur.
Yekunda video slayd nümayiş olunaraq mövzu ilə bağlı tələbələrlə fikir mübadilələri  aparıldı.

23-04-2024, 11:38
up