Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial- İqtisadi Kollecdə “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib.
Kollecin metodisti Sveta Behbudovanın təşkilatçılığı ilə keçirilən tədbirdə işğalçı Ermənistanın 30 ilə yaxın müddət ərzində torpaqlarımızı viran qoymaqla yanaşı, həm də işğal etdiyi ərazilərin təbii sərvətlərinə və ətraf mühitə külli miqdarda ziyan vurulması barədə söhbət aparıldı. Ərazilərin yandırılması, su hövzələrinin çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi nəticəsində nəinki Azərbaycanda ümumilikdə regionda tarazlığın pozulmasına səbəb olub..
Onun sözlərinə görə işğala məruz qalmış torpaqlarda aparılan monitoring nəticəsində məlum olub ki, yaşayış məntəqələri, tarixi abidələr, qədim məzarlıqlar, minlərlə ağaclar ermənilər tərəfindən tamamilə yandırıib məhv edilib, dövlət əhəmiyyətli dəmiryolu xətləri sökülüb və yararsız hala salınıb. Sveta Behbudova bildirdi ki, vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz mövcud idi. Həmin meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar ərazinin bitki örtüyünü və münbit torpaq qatını, o cümlədən canlı aləmi məhv etmişdir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib.
Ümumilikdə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu.
Kollecin biologiya müəllimi Ülviyyə Behbudova bildirdi ki, işğal olunan Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan edilən müxtəlif növ döyüş sursatlarının tətbiq etməsi nəticəsində ətraf təbii mühit fiziki və kimyəvi çirklənməyə məruz qalıb. Qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə ərazilərimizə o cümlədən flora və faunaya külli miqdarda ziyan vurulub. Azərbaycanın işğal edilmiiş ərazilərində 260 min hektara yaxın meşə örtüyü 30 il ərzində sürətlə azaldı. Bir çox ağac və kol bitkiləri məhv olmaq üzrədir.Onların arasında Araz palıdı, Şərq çinarı, müşə üzümü, Eldar şamı və yüzlərlə bu cür ağaclar var idi.
Ülviyyə Behbudova bildirdi ki, torpaqlarını işğaldan azad edən Azərbaycan ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilməkdədir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənərək təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam etdirilir.
Tədbirdə çıxış edən Coğrafiya müəllimi Mehriban Aslanova qeyd etdi ki, Qarabağ iqtisadi rayonu sahəsinə görə ən böyük rayondur və ərazisi 8, 99 min kv kilometrdir. Ərazinin təbii şəraiti olduca zəngindir; düzənlik və dağlıq relyef, zəngin landşaft, meşəörtüyü, bulaqlar, yeraltı sərvətlər, münbit torpaqlar və s. Azərbaycan ordusu öz tarixi torpaqlarının azad etməklə, Qarabağ iqtisadi rayonunda irimiqyaslı quruculuq işlərinə başlayıb. Qısa müddətdə “Suqovuşan 1” , “Suqovuşan “ SES-ləri bərpa olunmuşdur. “Ağdam Sənaye Parkı”nın təməli qoyulmuşdur. Hazırda Şuşa şəhəri yenidən qurulur.
Mehriban Aslanova bildirdi ki, Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Oxçuçay əslində, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistan ərazisindən kənara çıxaran kollektor rolunda çıxış edir. Çünki bu mədənlərin tullantıları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da çayın suyu ilə suvarılan torpaqlarda yetişdirilən məhsullarda da zərərli maddələr aşkar edilib. Mehriban Aslanovanın sözlərinə görə, vaxtilə ulu öndər Heydər Əliyev “Suqovuşan” su anbarını inşa etdirəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların yüz min hektartorpağının suvarılması nəzərdə tutulmuşdu.
44 günlük müharibədə düşməni diz çökdürən Azərbaycan həm də özünün su hövzələrini işğaldan azad edib. Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə icrası nəzərdə tutulan su layihələri barədə məlumat verərkən bildirib ki, “Həkəriçay” su anbarının tikintisi nəzərdə tutulur.
Sonda tələbələrə xəritələr üzərində məlumatlar verilərək işğala məruz qalmış su mənbələri və yaşıllıq örtükləri əyani şəkildə göstərildi.





