“Hədəflər 2030: Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlı dəyirmi masa

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat uçotu” 
şöbəsinin 127 saylı qrupunda “Hədəflər 2030 Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlı dəyirmi masa keçirildi. 
Dəyirmi masada biologiya müəllimi Günel Məmmədova COP-29 tədbiri ilə bağlı çıxış edərək bu tədbirin ölkəmizdə keçirilməsi qərarının  Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini 
göstərdiyini qeyd etdi. Daha sonra ölkəmizin ekologiyası ilə bağlı baş verən iqlim dəyişikliyi haqqında məlumat verdi. 
Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırıldı.

7-10-2024, 12:00
up