Tələbəmiz Beynəlxalq müsabiqədə I yeri tutub

UNEC-in nəzdində Sosial–İqtisadi Kollecin “İdarəetmə” şöbəsinin “Sosial iş” ixtisası üzrə 710-cu qrup tələbəsi Aytac Mehdiyeva ESN və AİSEC Azərbaycan təşkilatlarının keçirdiyi Beynəlxalq müsabiqədə qalib olmuşdur.

Tələbəmiz Aytac Mehdiyeva müsabiqəyə Kollecin müəllimləri Gülnarə Alyarova, Şövkət Əliyeva və Türkan Əhmədlinin  “İKT-Baza kompüter bilikləri” kitabının 3 bölməsini ingilis dilində tərcümə edərək təqdim etmişdir. 

Aytac Mehdiyeva hazırda II kursda oxuyur. Dərs əlaçısıdır. İngilis,italyan,fransız,ispan və ivrit dillərini bilir. O, həmçinin 2023-cü ildə BMT-nin və Avropa İttifaqının təşəbbüsü ilə keçirilən Cənubi Qafqaz və Orta Asiya üzrə “Gənc diplomatlar” müsabiqəsinin qalibidir.

Aytac Mehdiyeva gələcəkdə diplomat olmaq istəyir. Arzusu ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməkdir.

Tələbəmizə uğurlar arzulayırıq!

13-05-2024, 02:57
up