Kollecdə “Qərbi Azərbaycanda ekoloji vəziyyət” mövzusunda Dəyirmi Masa kecirilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu  sessiyası – COP- 29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Qərbi Azərbaycanda ekoloji vəziyyət”mövzusunda Dəyirmi Masa  kecirilib.
Tədbirdə Kollecin “İctimai fənnlər”FBK-nın sədri Qələndər Muxtarlı və biologiya müəllimi Ülviyyə Behbudova cıxış edərək bildiriblər ki, ermənilər Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmaması üçün həmin ərazilərdə qəsdən ekoloji fəlakətlər törədərək viran etmişdilər.
Qələndər Müxtarlı Ermənistanın ekoloji terroru ilə bağlı dünyanın 22 ölkəsindən 49 QHT və ekofəalı birgə bəyanatın qəbul edilməsindən, bəyanat müəlliflərinin Ermənistanın ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmağı, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirməyi kəskin şəkildə tələb edildiyini bildirdi. Beynəlxalq ictimaiyyət Ermənistanın hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir. Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. 
Mədən sənayesində davam edən ekoloji durumdan söz acan Ülviyyə Behbudova qeyd edib ki,mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxardı. 
-Qacarandakı Zəngəzur Mis-Molibden Zavodunun, Qafandakı Dağ-Mədən Zavodunun xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Qərbi Zəngəzur regionundakı Əkərək mis-molibden yatağının istismarı nəticəsində də çaylara axıdılan bərk və maye tullantılar ekologiyaya təhlükə yaradıb. Ən çox çirklənməyə məruz qalmış şəhərləri Qacaran, Qafan, Mehri və Əkərəkdir, yəni yenə də Qərbi Zəngəzur ekoloji terrorun baş verdiyi ərazi olaraq qalmaqdadır. Dağ-mədən sənaye məmulatlarının 87 faizinin Qərbi Zəngəzurda istehsal olunması bunu bir daha təsdiqləyir. Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti  nəticəsində demək olar ki,bütün yaşıllıqlar məhv edilib.Qərbi Azərbaycanın flora və faunası yararsız hala salınıb.
2023-cü ildə İranın Ermənistanı ötən illər ərzində Araz çayının çirkləndirilməsində ittiham etməsi də bunu təsdiqləyən reallıqdır. İranın Su Ehtiyatlarının İdarə Olunması Şirkətinin rəsmisi İsa Bozorgzadə deyirdi ki, İran artıq Ermənistana və mis mədənini istismar edən şirkətə lazımi xəbərdarlıqlar edib.
Sonda Dəyirmi Masa iştirakcıları mövzu ətrafında müzakirələr aparıblar.





13-05-2024, 04:35
up