UNEC-in nəzdində Sosial İqtisadi Kollecin müəllim və tələbələri “Yaşıl dünya naminə həmrəylik ili“ çərçivəsində Sabunçu rayonunda ağaclara baxım və suvarma kampaniyasında iştirak ediblər. Tədbirin məqsədi tələbələr arasında ekoloji maarifləndirməni təşviq etmək və yaşıllıq sahələrinin qorunması və saxlanmasında onları fəal rol oynamağa həvəsləndirmək olub.