Kollecdə “Birgə təşəbbüslər və davamlı gələcək” mövzusunda Dəyirmi Masa keçirilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu  sessiyası – COP- 29 və Azərbaycan Respublikasında   2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Birgə təşəbbüslər və davamlı gələcək” mövzusunda Dəyirmi Masa  keçirilib.

Kollecin müəllimi Cavad Cahangirov çıxış edərək bildirib ki, COP-29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Daha sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin mahiyyətindən də danışan Cavad Cahangirov qeyd etdi ki, son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, artıq Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib.

Tədbir ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.


20-05-2024, 04:19
up