Kollecdə “İşğal olunmuş ərazilərdə ekoloji terror” mövzusunda seminar keçirilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu  sessiyası – COP- 29 və Azərbaycan Respublikasında   2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “İşğal olunmuş ərazilərdə ekoloji terror” mövzusunda qruplarda seminar keçirilib.

Kollecin müəllimləri Ülviyyə Behbudova və Mehriban Aslanovanın rəhbərliyi ilə keçirilən seminarlarda tələbələrə erməni işğalçılarının işğal etdikləri ərazilərdə həyata keçirdikləri ekoloji terror haqqında ətraflı məlumat verilmişdir.


21-05-2024, 01:08
up