17 may 2024-cü il tarixində Gənclərin Töhfəsi İctimai Birliyi və Venta Təlim Tədris və İşlə Təmin Mərkəzinin təşkilatçılığı, UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tərəfdaşlığı ilə Gənclərin karyera Forumu keçirildi.
Forumun məqsədi dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaq və əmək bazarının müvafiq tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsinə töhfə verməkdur.
Forumda şəxsi inkişaf, karyera quruculuğu, əmək bazarı, təcrübə və məşğulluq imkanları və digər mövzular barədə bəhs edilib, fikir mübadiləsi aparılıb və tələbələrin sualları cavablandırılıb.
Forumda Gənclərin karyera yüksəlişində şəffaflığın təmin olunması ilə bağlı söhbət aparıldı.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxışında gənclərin karyera yüksəlişində şəffaflığın təmin olunması ilə bağlı məsələlərdən söhbət açaraq neqativ halların qarşısının alınması istiqamətində son dövrlərdə aktiv şəkildə atılan addımların qısa zaman ərzində öz bəhrəsini verməklə ictimaiyyət tərəfindən də müsbət qarşılandığını xüsusilə vurğuladı.
İstehsalat təcrübə rəhbəri Natiq Musayev isə öz növbəsində karyera yüksəlişində dürüstlük və şəffaflığın təmin edilməsi məsələlərində vətəndaş cəmiyyəti, QHT və KİV-lər ilə əməkdaşlıqların cəmiyyətdə müsbət imicin formalaşdırılmasındakı əhəmiyyətindən geniş söhbət açaraq bu əməkdaşlıqların vacibliyini qeyd etdi.



