23.05.2024-cü il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “İnsan resursları və informasiya” şöbəsinin müdiri Fimar Süleymanovanın, “Kargüzarlıq və Sosial iş” FBK-nın sədri Eynulla Musayevin və kollecin kargüzarı Tahirə Əhədovanın təşkilatçılığı ilə “İşə qəbulla əlaqədar şəffaflığın təmin olunması” mövzusunda görüş keçirildi. Tələbələrin iştirakı ilə kecirilən görüşdə əsas məqsəd məmur-vətəndaş münasibətlərinin şəffavlığını, əmək bazarında işə qəbulla bağlı vakansiyaların müəyyən edilməsi, vakansiyalar barədə elanların verilməsi, işə qəbulla bağlı müraciətlərin qəbul və təhlil edilməsi, vakansiyalar üzrə tələblərə cavab verən namizədlərlə müsahibənin keçirilməsi və işdən azad edilmə ilə əlaqədar məsələlər izah etmək olub.
Əmək müqaviləsi bildirişlərinin “Elektron Hökumət Portalı üzərində qeydiyyata alınmasının ictimai mahiyyəti” mövzusunda çıxış edən Eynulla Musayev Elektron Hökumətin rəqəmsal ictimai münasibətlərin yaradılması istiqamətində icra edilən işlər çərçivəsində “e-imza” elektron sənəd dövriyyəsini təmin edən mühüm amillərdən biri olduğunu vurğuladı. O, həmçinin çıxışında qeyd etdi ki, rəqəmsal ictimai xidmətlər təkcə məmur-vətəndaş münasibətlərinin şəffaflığını təmin etmir, idarəçilik prinsiplərinin effektivləşdirilməsinə də xidmət edir.
Fimar Süleymanova isə əmək münasibətlərindən söz açaraq bu münasibətlərin işçilər ilə işəgötürən arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlər olduğunu qeyd etdi. Daha sonra o, görüş iştirakçılarının nəzərinə əmək müqaviləsinin bağlanmasında vacib olan müddəaları çatdırdı.
Tahirə Əhədova da öz növbəsində görüş iştirakçılarına əmək müqavilələrinin qeydiyyatının aparılması qaydaları haqqında geniş məlumat verdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.






