Kollecdə əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsi və qəbul prosesinin elektronlaşdırılması

2018/2019-cu tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə əlavə təhsil üzrə sənəd qəbulu prosesinə start verilmişdir. Əlavə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nı və  2019-cu il 20 may tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən həyata keçirilir. 
2023/2024-cü tədris ilindən əlavə təhsil üzrə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edirlər. 
Əlavə təhsilin "Təkrar ali və orta ixtisas təhsili" növlərinə qeydiyyat xidməti vətəndaş və əcnəbilər üçün 29 may 2024-cü il 12:00-dan etibarən açılmışdır.

3-06-2024, 14:32
up