Gəncliyimizi qoruyaq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 23.02.2024-cü il 3-29-68/2-154/2 saylı məktubuna əsasən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planının 14-cü “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin təmin edilməsi” bəndinin icrası ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin  psixoloqu Xalidə Kərimova bütün qruplarda “Gəncliyimizi qoruyaq” mövzusunda təlim keçdi. 

Təlimdə insanın psixi və fiziki vəziyyətini dəyişən, asılılıq yarada bilən, narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilmiş kimyəvi və ya bitki tərkibli maddələr psixoaktiv maddələr,   (PAM), psixoaktiv maddələrin ilk dəfə istifadəsinə səbəb olan üç qrup risk faktorlarının-bioloji, sosial və sosial-psixoloji, şəxsi psixoloji mövcudluğu, asılı davranşın inkişafına yeniyetmənin yaş xüsusiyyətlərinə təsiri, PAM-dan istifadədən sonra yeniyetmələrin davranışındakı dəyişikliklər, narkotik asılılığın bilavasitə cinayətə təşviqi və s. haqqında tələbələr məlumatlandırıldı. 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” telefon xidmətinin fəaliyyəti haqda da tələbələrə məlumat verildi. Təlimin sonunda “Problem çözmə bacarığı” tətbiq olundu. 

 

 

23-05-2024, 03:52
up