Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 23.02.2024-cü il 3-29-68/2-154/2 saylı məktubuna əsasən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planının 14-cü “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin təmin edilməsi” bəndinin icrası ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə “Gəncliyimizi qoruyaq” mövzusunda psixoloq Xalidə Kərimovanın 02.05.2024-cü il tarixində növbəti təlimi baş tutdu. Təlim “Bank işi” şöbəsinin 671 saylı qrup tələbələri ilə keçirildi. Təlimdə psixoloqla yanaşı metodist Vüsalə Zeynalova da iştirak etdi. Keçirilən təlimdə tələbələrə narkotik maddələr, narkotik asılılığın cinayətə təşviqi, hər bir şəxsin narkotik vasitələrdən asılı olma riskinin olması, narkotik vasitə qəbul edən şəxslərin fiziki göstərişləri, davranışları və s. haqda məlumatlar verildi. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” telefon xidmətinin fəaliyyəti haqda da tələbələr məlumatlandırıldı. Təlimdə mtodist Vüsalə Zeynalova, “Mühasibat uçotu” şöbəsinin III kurs 583 saylı qrup tələbəsi Mənsurə Abdullazadə və “Sosial iş” ixtisası üzrə II kurs 711 saylı qrup tələbəsi Fidan Əhmədova da öz fikirlərini bildirdilər. Sonda qrup tələbələri də mövzu ilə bağlı sualların cavablandırılmasında iştirak etdilər.


