05 iyun 2024-cü il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə İnsan hüquqları aylığı çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə insan hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən olduğu vurğulanmışdır.
Ölkəmizin əmək, məşğulluq, sosial müdafiə sahəsində hüquqlar sistemindən bəhs olunmuş, bu sahədə milli qanunvericiliyin mütərəqqi yanaşmalar əsasında daim təkmilləşdirildiyi vurğulanmışdır. Azərbaycanda insan hüquqları sahəsində, xüsusilə əmək və sosial hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar qeyd edilmişdir.
Kollecin “Arxiv işi və sosial iş” fənn birləşmə komissiyasının müəllimi Səyyad Əhmədov öz çıxışında qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olduğunu.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
#İnsanHüquqlarıAylığı #HumanRightsMonth