Kollecdə "31 may Ümumdünya Tütünlə Mübarizə Günü" qeyd edildi

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə  "31 May Ümumdünya Tütünlə Mübarizə Günü"nə həsr olunan tədbir kecirilmişdir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 18 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Aygün Cəfərlinin təşkilatcılığı ilə kecirilən tədbirdə tələbələrə dünyada tütünsüz gün kimi qeyd edilən 31 mayın tarixi və 1988‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasının 42‑ci sessiyasının 19 saylı qətnaməsi haqda ətraflı məlumat verilmişdir.  
Tədbirdə həkim-pediatr A.Cəfərli tütünçəkmənin insan orqanizminə zərərli təsirindən danışaraq, sağlam həyat tərzi biliklərinin tətbiqindən, nəyin sağlam, nəyin zərərli olduğu, özünü necə nizam-intizamla tənzimləmək, düzgün gündəlik rejim qurmaq, həmçinin xüsusi prosedurları yerinə yetirmək və düzgün qidalanma  haqqında məlumat verdi. Tütünün insan orqanizmində yaratdığı fəsadlardan danışaraq natiq bu günü hər gün qeyd etməyimizi vurğuladı. 
Daha sonra tütün tüstüsünün tərkibindəki zərərli, psixoaktiv maddələr barədə tələbələrə məlumat verən A.Cəfərli  tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər barədə geniş söhbət etdi.  
Tədbirdə tələbələrə "5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü" ilə bağlı məlumatlar verildiı.
Sonda xatirə şəkillər çəkdirildi və bu gün haqqında bukletlər paylanıldı.


31-05-2024, 16:00
up