UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP- 29 və Azərbaycan Respublikasında
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Gəlin, yaşıllıqları birgə qoruyaq!”adlı iməcilik keçirilib.
Kollecin əməkdaşlarının iştirakı ilə keçirilən iməcilik zamanı ağaclara qulluq edilib və Kollec ətrafında təmizlik işləri aparılıb.
İməciliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğının təbliğ olunması, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarət olub.


