Sentyabrın 16-da UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Kollecin direktoru Şəhriyar Laçınov tələbələri 2024/2025 yeni tədris ili münasibətiilə təbrik etdi. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açandirektor kollecdə tələbələrin təhsil alması üçün yaradılan şərait haqqında geniş məlumat verdi.Daha sonra kollecin hüquqşünası,ömrünün 40 ilindən çoxunu bu təhsil ocağına həsr edən Alavərdi Culfayevi II dərəcəli “Əmək Ordeni” ilə təltif olunması münasibəti ilə təbrik etdi.
Sosial və Humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev də öz növbəsində tələbələri təbrik edərək,gələcək həyatlarında uğurlar arzuladı. Bu il 200 nəfərdən çox tələbəmizin ali təhsil müəssisələrinə qəbul olduğunu vurğulayan Z.Vəliyev yeni qəbul olan tələbələrimizin öz bilik və bacarıqları ilə Kollecimizə yeni töhfələr verəcəklərinə ümidvar olduğunu qeyd etdi.
Tədbirdə Kollecin fəal tələbələrindən olan Aytac Mehdiyeva tələbələri salamlayaraq təbrik etdi.
Tədbirdə Kollecin şəhid məzun tələbəsi Şaiq Kəlbiyevin anası Səmayə xanım da iştirak edirdi.












