Kollecdə ilk dərslər “Dünyanı xilas edək” mövzusuna həsr olunub

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ÇOP-29 və Azərbaycan Respublikasında 2024-cü ilin “ Yaşıl dünyasına həmrəylik ili ”  elan edilməsi ilə bağlı tədbirlər Planına uyğun olaraq  ilk dərslər “ Dünyanı xilas edək” mövzusuna həsr olunub. 

Dərslərdə müəllimlər noyabr ayında ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransın 29-cu sessiyasının əhəmiyyətindən və “Yaşıl dünya naminə həmrəylik ili”  haqqında tələbələrə ətraflı məlumat verilib.

Bundan başqa müəllimlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar Azərbaycan Respublikasıda 2024-cü ilin “ Yaşıl dünya naminə ili ”  həm elan edilməsi ilə əlaqədar olaraq görülən işlərdən,xüsusən də işğaldan azad edilmiş ərazilərimizdə ekovəziyyəti yenidən bərpa etmək üçün atılan addımlardan danışılıb. Qeyd edilib ki, doğma Qarabağımızda əsasən Şərq çınarı ilə, başqa növ ağac əkilib, palid və başqa ağac ağaclarının toxumları səpilib.


17-09-2024, 01:11
up