UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq iməcilik keçirilib.
Keçirilən iməcilik zamanı ağaclara, həmişəyaşıl gül kollarına qulluq edilib, kollec ərazisində ağaclar rənglənib və ətrafında təmizlik işləri aparılıb.
İməciliyin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına və ekoloji maarifləndirmə işlərinə töhfə vermək, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etməkdən ibarətdir.