Kollecdə “COP-29 İqlim dəyişikliklərinə qarşı qlobal səylərin gücləndirilməsi”nə həsr olunmuş tədbir keçirildi
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “İnformatika” Fənn birləşməsinin müəllimləri Abdullayeva Təranə və İbrahimova Gülnarənin təşkilatçılığı ilə “COP-29 İqlim dəyişikliklərinə qarşı qlobal səylərin gücləndirilməsi”nə həsr olunmuş tədbir keçirildi. “İdarəetmə” şöbəsinin 242 və 243 saylı qrup tələbələrinin iştirakı ilə keçirilən tədbirdə “Qarabağın yaşıl gələcəyi”, “Su həyatdır”, “Təbii irs və ekoloji gələcək”, “İqlim dəyişikliyinə qarşı birgə addımlar”, “Mitiqasiya”, “Biomüxtəlifliyin qorunması və təbii ehtiyatların idarə edilməsi”, “Yaşıl dünya naminə həmrəy olaq!” mövzuları müzakirə olundu. Tədbirin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını, ətraf mühitin qorunmasını və yaşıllıqların çoxaldılmasını təbliğ etmək, həmçinin ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak edərək ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.