Kollecdə “İqlim dəyişikliklərinin həyatımıza təsiri” mövzusunda debat keçirildi
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “İctimai Fənnlər” Fənn birləşməsinin müəllimi Aynur Qurbanovanın təşkilatçılığı ilə “İqlim dəyişikliklərinin həyatımıza təsiri ” mövzusunda debat keçirildi.
Bakı İqlim Fəaliyyəti Həftəsinə həsr olunmuş debatda “İdarəetmə” şöbəsinin 328 saylı qrup tələbələrinin iştirakı ilə respublikada son illərdə ekoloji təmizliyin qorunması və saxlanılması istiqamətində həyata keçirilən məsələlər müzakirə olunub.
Bundan başqa qeyd olunub ki, iqlim dəyişikliyi ilə bağlı tələbələr arasında maarifləndirmə işləri aparılması ona görə vacibdir ki, problemin həlli gənc nəslə qalmasın. Bu baxımdan onların da təhlükəsiz dünyadan nəsibini alması üçün çalışmalıyıq.
