“Təbiəti hiss et” mövzusunda nümunəvi dərs keçirildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu  sessiyası - COP-29-la əlaqədar Tədbirlər Planına uyğun olaraq coğrafiya müəllimi Mehriban Aslanova tələbələrlə “Təbiəti hiss et” mövzusunda “Bank işi”ixtisasının 466 qrupunda nümunəvi dərs keçirdi. Dərsin keçirilməsində əsas məqsədi gəncləri iqlim dəyişikliyi mövzusunda məlumatlandırmaq, ekoloji düşüncələrə yönəltmək və onları iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində liderlik etməyə çağırmaqdır.

Dərs zamanı müəllim Mehriban Aslanova noyabr ayında keçiriləcək BMT-in İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası – COP-29 çərçivəsində görülən və görüləcək işlər haqqında tələbələrə ətraflı məlumat verib, videolar nümayiş etdirib.

Dərsin sonunda  tələbələr kollecin həyətində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər. 


29-10-2024, 23:35
up