Məlum olduğu kimi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın sədrliyi ilə noyabr ayında Bakıda keçiriləcək.
Metodkabinetin təşkilatçılığı ilə keçirilən dəyirmi masada UNEC rektoru, professor Ədalət Muradovun təklifləri müzakirə olunub, Yaşıl Təhsil Modeli və planetin gələcəyi üçün əhəmiyyətli olan qlobal problemlərin həlli baxımından COP29-un mahiyyəti izah olunub.
Bundan başqa ətraf mühit problemlərinin həlli və yaşıl iqtisadiyyata keçid, yaşıl iqtisadiyyatı stimullaşdırmaq və yeni yaşıl iş yerləri yaratmaq, ətraf mühit siyasətinin iqtisadi artımı ilə bağlı fikir mübadiləsi aparılıb.