UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə“ Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar zərurui işlərin icrası davam edir.
28 oktyabr 2024-cü il tarixində Kollecdə tələbələrin iştirakı ilə Fəaliyyət Planının 4.2 bəndinin icrası iıə əlaqədar olaraq „Kağızsız Hökumət“ mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə „Kargüzarlıq və sosial iş“ FBK-nın sədri Eynulla Musayev "Kağızsız hökumət"ə keçid: Dövlət müəssisələrində kağızdan istifadə minimuma endirilir“ mövzusunda çıxış etmişdir. Mövzu ətrafında 326 saylı qrup tələbələri Əliyeva Dilbər, Həsənzadə Səadət, Rzayeva Səmayə, Xanayeva Zarema məlumatlar vermişlər.
"Kağızsız hökumət"ə keçid çərçivəsində Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə dövlət müəssisələrinin uğurlu inteqrasiyası davam edir. Belə ki, bütün dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, eyni zamanda dövlət adından yaradılan publik hüquqi şəxslər Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub. Artıq sözügedən qurumlarda sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada rəqəmsal olaraq aparılacaq. Bu inteqrasiya inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artıraraq kağızdan istifadəni minimuma endirmək məqsədi daşıyır.
Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi qabaqcıl texnologiyalardan maksimum səviyyədə istifadə etməklə, daha səmərəli və şəffaf rəqəmsal hökumətin qurulmasında mühüm addımdır.
Həmçinin, Azərbaycanın nüfuzlu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi dövrdə ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri ilə önəmli məqamları özündə daşıyır. "Kağızsız hökumət"ə uğurlu və sürətli keçid üçün bütün dövlət qurumlarının rəqəmsal altsistemə inteqrasiya prosesində fəal iştirakı önəmlidir.
Qeyd edək ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən fərmanın icrası çərçivəsində bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə 1400-dən çox qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə qurumlar arasında ümumilikdə aylıq olaraq 500 mindən çox sənəd dövr edir ki, bununla da istifadə olunan kağızın həcminə qeyd olunan sayda qənaət edilir.



