UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP- 29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ətraf mühitin qorunmasında yeni texnologiyalar və rəqəmsallaşdırmanın tətbiqini sürətləndirərək” adlı tədbir kecirilmişdir.
"İnformatika”FBK-nın sədri Gülnarə Alyarovanın təçkilatcılığı ilə təşkil olunan tədbirdə qeyd edib ki, bu gün qlobal problemlərindən biri ekologiyanın və ətraf mühitin qorunmasıdır. Yer kürəsində bu problem böhran həddinə çatıb. Eyni zamanda, rəqəmsal texnologiyaların və süni intellektin inkişafı problemin həllinə yeni yanaşmaya imkan verir.Müasir dövrdə innovativ texnologiyaları tətbiq etməklə ətraf mühiti qorumaq mümkündür. Bu gün ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt mühüm rol oynayır. Azərbaycanda ekologiya sahəsində rəqəmsal texnologiyalar inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız”.
Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlətimizin başçısının Fərmanına əsasən 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və bu sahənin inkişafını nəzərdə tutan bir sıra sənədlər imzalanıb, proqramlar qəbul olunub.
Eləcə də nəqliyyat sektorunun optimallaşdırılmasında, tullantıların idarə olunmasında, biomüxtəlifliyin qorunmasında süni intellekt texnologiyalarını tətbiq etmək mümkündür. Sənaye və nəqliyyat sektorunun modernləşdirilməsi ətraf mühitin çirklənməsini azaldır. Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün mühüm layihələr həyata keçirilir. Ətraf mühitin qorunması ilə bağlı qanunvericilik tənzimləmələri yenilənir və gücləndirilir.Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb.
Sonda Gulnarə Alyarova qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ay Azərbaycanda keçiriləcək. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.