Respublika Birinciliyinə yekun vurulub
“Gənclik” Tələbə İdman Cəmiyyətinin Azərbaycan Respublikası Şurasının Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən volleybol üzrə Respublika Birinciliyinə yekun vurulub.
UNEC-in nəzdində Sosial-İqtisad Kollecinin qızlardan ibarət “Zəfər” komandası II yerə, oğlanlardan ibarət “Uğur” komandası isə III yerə layiq görülüb.
Tələbələrimizi təbrik edir və onlara gələcək yarışlarda uğurlar arzulayırıq.