UNEC nəzdində Sosial-İqtisadi Kollecin tələbələri COP29 sərgisini ziyarət ediblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat Uçotu” şöbəsinin tələbələri ölkəmizdə keçirilən COP29 sərgisini ziyarət ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev səfər zamanı tələbələrə ölkəmizdə keçirilən COP29 (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası barədə ətraflı məlumat vermişdir. Yaşıl zonadakı pavilyonlarla bağlı tələbələrə məlumat verən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat Uçotu”şöbəsinin müdiri Şahgül Qardaşəliyev qeyd edib ki, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səy göstərmək vacibdir. Səfər zamanı tələbələr COP29 iştirak edən müxtəlif ölkələrin pavlionları ilə tanış olub və COP29-da iştirak edən yerli və xarici qonaqlarla fikir mübadiləsi aparıb, xatirə şəkilləri çəkdiriblər.