Kollecdə “Əlavə təhsil qəbulu zamanı şəffaflıq”adlı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə birgə fəaliyyət göstərilməsi məqdəsi ilə Fəaliyyət Planının 4.4 Bəndin icrası ilə əlaqədar UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Əlavə təhsil qəbulu zamanı şəffaflıq” adlı tədbir keçirilib.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini Xanım Məmmədova “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3,10,21 və 24-cü maddələrinin izahını verərək bildirib ki, əlavə  təhsil  ali, orta  ixtisas  və  peşə  təhsili  pillələrinin  hər  hansı birini bitirmək  haqqında  dövlət  sənədi  olan  hər  bir  vətəndaşın  fasiləsiz təhsil  almaq  imkanını  təmin edir.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tədris hissə katibi Könül Həziyeva çıxış edərək korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsini nəzərdə tutduğunu və qəbul prosesinin elektronlaşdırılmasının bu sahədəki neqativ halların aradan qaldırılmasına kömək edəcəyini bildirib.

5-11-2024, 16:15
up