Kollecdə “Narkomaniyaya qarşı hamı səfərbər olmalıdır!” adlı tədbir keçirilmişdir

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün İş Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Narkomaniyaya qarşı hamı səfərbər olmalıdır!” adlı
tədbir keçirilmişdir.
 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Kargüzarlıq və sosial iş” FBK-nın müəllimi Bənövşə Baxışovanın təşkilatçılığı ilə keçirilən tədbirdə yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində görülən işlərdən söhbət açılıb.
Narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda gənclərin asudə vaxtının səmərəli təşkilinin vacib olduğunu bildirən B.Baxışova daha sonra qeyd edib ki, yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi vacibdir.Narkomaniyaya qarşı mübarizədə mütəxəssislərin biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması ən vacib amildir.
Tədbirin sonunda narkomaniyaya qarşı mübarizə ilə bağlı videoçarx nümayiş olundu.

26-11-2024, 15:00
up