“İnsan alverinə qarşı mübarizə” ilə bağlı xüsusi dərs kecirildi

27.11.2024-cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə psixoloq Xalidə Kərimova “İnsan alverinə qarşı mübarizə” mövzusunda  “Sosial iş” ixtisası üzrə 2-ci kurs 713 saylı qrupunda seminar keçirdi.
İnsan alveri, formaları, kimlər qurbana çevrilə bilir, risk faktorları, qurbanların cəlb etmə metodların hansılar olduğu, insan alverinə məruz qaldıqda və ya şübhələndikdə nə etməli olduğu və digər mövzular haqda tələbələr geniş məlumat verildi. Bundan əlavə tələbələr insan alveri qurbanlarının müdafiəsi üçün xüsusi müəssisələrin təşkil olunduğu, insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, yardım mərkəzləri, insan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanları, insan alveri qurbanlarına yardım mərkəzləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, www.insanalveri.gov.az saytı, 152 “Qaynar xətt”i, insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar vermək, tibbi, psixoloji və digər zəruri yardımın göstərilməsi, habelə insan alveri qurbanlarının sosial reabilitasiyası barədə də məlumatlandırıldı.
Seminarda eyni zamanda bu mərkəzlərə cəlb edilən şəxslərin şəxsiyyətinin anonimliyinin təmin edilməsi haqda da geniş məlumat verildi.

27-11-2024, 14:34
up