“Erkən nikahlar” müzakirə olundu
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə psixoloq Xalidə Kərimova “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə 1-ci kurs 328 saylı qrupla “Erkən nikahlar”mövzusunda seminar keçirdi.
Seminarda psixoloq qrup tələbələrinə erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olması haqda, erkən nikahın özünün bir neçə problemi əks etdirməsi, erkən nikahlara səbəb olan amillər, erkən nikahların təhsildə yaratdığı boşluq, bunun isə gender bərabərsizliyinin artmasına, təhsili dayandırılmış qızların işləmək üçün lazım olan bilik bazası və bacarıqlarının olmamasına, erkən evliliyin tibbi, psixoloji,fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları haqda məlumat verdi.
Bundan başqa erkən evliliyə daxil olan yeniyetmə qızların əksər hallarda öz təhsilini davam etdirə bilməməsindən söz acan X.Kərimova aldıqları təhsil səviyyəsi ilə kifayətlənməli olması, bunun isə onların sosial uyğunlaşma imkanlarının azalmasına və cəmiyyətdə iştirakına mənfi təsir göstərməsi, nəticədə işsiz gənc qadınların sayının artmasına, onların maddi cəhətdən digərlərindən asılı olmasına gətirib çıxarılması və erkən nikahların cəmiyyətin ümumi inkişafına təsir göstərən amillərin olduğunu qeyd etdi.