Kollecdə QİÇS-lə Mübarizə Günü qeyd edildi

Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 22 saylı uşaq poliklinikasının tibb bacısı Pərvanə Allahverdiyeva bütün qruplarda tələbələrə dünyada və ölkəmizdə QİÇS-lə bağlı görülən işlər barədə maarifləndirici məlumat verdi.
P.Allahverdiyeva çıxışında qeyd etdi ki, hər il Ümumdünya QİÇS-lə mübarizə gününü müxtəlif şüarlar altında keçirir. BMT-nin təşəbbüsü ilə 2011-ci ildən başlayaraq 2015-ci ilə kimi Ümumdünya QİÇS-lə mübarizə günü "Sıfır məqsədini əldə etməyə doğru " şüarı altında keçirilir.
İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problemdir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir. İndi İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi yaradılmaqdadır. Əvvəlki illərdə olduğu kimi 2014-cü ilin 11 ayı ərzində əhali arasında maarifləndirmə tədbirləri davam etdirilmişdir.
Azərbaycanda bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.
2010-cu ildə Milli Məclisdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib. Hazırda bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Sonda tələbələri maraqlandıran suallar cavablabdırılıb.

2-12-2024, 11:00
up