UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Maliyyə” Fənn Birləşmə Komissiyasının müəllimi Rasim Abasquliyev “Bank işi”ixtisasının 459-cu qrupunda “Aksiz vergi”si mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tədris hissə müdiri Azər Mustafa,metodistlər və digər müəllimlər iştirak ediblər.
Aksiz vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma obyektləri, aksizin müəyyən edildiyi əməliyyatların xarakteristikası, aksizli mallar və onların dərəcələri haqqında R.Abasquliyev tələbələrə ətraflı məlumat verib.
İdxal olunan mallara aksiz vergisinin tətbiqinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddələri və bəndləri əsasında tənzimləndiyini qeyd edən R.Abasquliyev daha sonra qeyd edib ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan,vergidən azad edilən mallar istisna olunmaqla,aksiz tutulur.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.