Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin psixoloqları Mərziyə Əzməmmədova və Küşvər Abdullayeva UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Asudə vaxtın səmərəli təşkili”mövzusunda təlim keçiriblər.
Təlimdə mərkəzinin psixoloqları Mərziyə Əzməmmədova və Küşvər Abdullayeva tələbələrə asudə vaxtın səmərəli təşkili, ölkəmizdə bu sahədə görülən işlər və sosial-psixoloji problemlər haqqında məlumat verib, şəxsi təcrübələrini bölüşüblər.
“Milli gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürməlidir”-söyləyən UNEC-in nəzdində Sosial İqtisadi Kollecin tədris təcrübə rəhbəri Natiq Musayev daha sonra qeyd etdi ki, Azərbaycan dövləti gənclərin fiziki inkişafına nail olmaq üçün mühüm dövlət tədbirləri həyata keçirməkdədir.