İcbari dispanserizasiyasının tələblərinə uyğun olaraq tələbələrin ilkin müayinəsi həyata keçirilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri tərəfindən uşaqların icbari dispanserizasiyası davam etdirilir.
Növbəti tədbir Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 18 nömrəli Uşaq Poliklinikasının tibb heyəti tərəfindən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə keçirilib.
Poliklinikanın tibb heyəti uşaqların icbari dispanserizasiyasının tələblərinə uyğun olaraq tələbələrin (ümumi ( 9 illik) orta təhsil bazasından qəbul olunanlar üçün) ilkin müayinəsini həyata keçirib.Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 18 nömrəli Uşaq Poliklinikasının tibb bacısı Pərvanə Allahverdiyevanın verdiyi məlumata görə müayinələrdə pediatr Aygun Cəfərli, həkim-nevropatoloq Gülşən Mustafayeva,oftalmoloq Leyla Qasımova,otolarinqoloq Şəfa Quliyeva və digər həkimlər iştirak edib.
Xəstəlik aşkarlanan tələbələrlə bağlı məlumatlar həm kollec rəhbərliyinə,həm də valideynlərə təqdim edilib. Həmin tələbələrin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.
Qeyd edilib ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.




