“Yaşıl dünya naminə həmrəy olaraq” mövzusunda xüsusi dərslər keçirilmişdir
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Yaşıl dünya naminə həmrəy olaraq” mövzusunda xüsusi dərslər keçirilmişdir. Kollecin coğrafiya müəllimi Mehriban Aslanovanın təşkilatçılığı ilə keçirilən dərslərdə tələbələrə ətraf mühitin sağlamlaşdırılması,yaşıllıqların bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, ölkəmizdə yaşıl enerji növlərinin yaradılması, Azərbaycan təbiəti və ekologiyası haqqında məlumat verilib.Bundan başqa ermənilərin ekoterrorundan sonra doğma yurdumuzda,xüsusəndə Qarabağda ekoloji vəziyyətin bərpa olunması haqqında görülən işlərdən danışılıb.