Gənclər sağlam həyat tərzini secməlidirlər

 

17.12.2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə kollecin psixoloqu Xalidə Kərimova “Bank işi” ixtisası üzrə 1-ci kurs 466 saylı qrupda “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda qrup seminarı keçirdi. Seminar siqaret və zərərləri mövzusunda idi. 

Keçirilmiş seminarda tələbələrə zərərli vərdişlər, tütünün istifadəsi ilə yaranan xəstəliklər, tütünçəkmə insanın sağlamlığına zərər gətirməklə yanaşı, ona həm də ciddi maddi zərər vurduğu haqda məlumat verildi. Qrup tələbələrindən Tağıyeva Elnarə, Novruzova Zəhra, Heydərova Aysu, Soltanlı Sirac, Həmidov Rəvan, Əliyev İlham, Muradova Zəhra mövzu haqqında fikirlərini bildirdilər. 




17-12-2024, 02:42
up