Kollecdə “Yaşıl dünyam” adlı rəsm müsabiqəsinə yekun vurulub
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq təşkil olunan “Yaşıl dünyam” adlı rəsm müsabiqəsinə yekun vurulub. İl ərzində davam edən müsabiqəyə 38 rəsm işi təqdim olunub. Qalibləri sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev, Həmkarlar təşkilatının sədri Şahgün Qardaşəliyev, psixoloq Xalidə Kərimova və tələbə gənclər təşkilatının sədri Nərgiz Baxışova tərəfindən yaradılan təşkilat komitəsi elan edib. Ümumilikdə seçilən 38 işdən 6-sı qalib elan olunub. “Mühasibat uçotu” söbəsinin 130 saylı qrup tələbəsi Ziya Qulizadə 1-ci yerə, “Bank işi” şöbəsinin 670 saylı qrup tələbəsi Leyla Həsənli və “Mühasibat uçotu” şöbəsinin 127 saylı qrup tələbəsi Minayə Rəhmanova 2-ci yerə, “Bank işi” şöbəsinin 671 saylı qrup tələbəsi Aytac Hüseynova, “İdarəetmə” şöbəsinin 244 saylı qrup tələbəsi Aida Paşayevə və həmin şöbənin 246 saylı qrup tələbəsi Asiman Adilov isə 3-cü yerə layiq görülüb. Digər 33 iş sahiblərinə isə həvəsləndirici mükafatlara layiq görülüb. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd tələbələr arasında ekoloji maarifləndirmə tədbirlərinin artırılması, ekoloji mədəniyyətin və ətraf mühitin qorunmasının təbliği, eyni zamanda onların bu istiqamətdə rəsm istedadlarının aşkar edilməsidir.