Kollecdə “Bir ağacın hekayəsi” adlı xüsusi dərs keçirilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Bir ağacın hekayəsi” adlı xüsusi dərs keçirilib.

Kollecin biologiya müəllimi Ülviyyə Behbudova keçdiyi xüsusi dərsdə tələbələrə 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ölkəmizdə görülən işlər haqqında məlumat verilmiş, dövlətimizdə yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verildiyini qeyd etmişdir.

Bir ağacın əkilməsi və ona qulluq göstərilməsinin təbiətə necə təsir göstərməsindən söz açan Ülviyyə Behbudova təbiətə və yaşıllıqlara qayğı ənənələrinin hər bir kəs tərəfindən davam etdirməyin vacib olduğunu bildirib.


19-12-2024, 04:50
up