06.01.2025-ci il tarixdə UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2024/2025-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlamışdır. İmtahan sessiyası təşkili və keçirilməsi Azərbaycan Respublikasının elm və təhsil nazirinin 11.12.2024-cü il tarixli 3-29/3-2-766F/2024 nömrəli əmri və UNEC rektorunun 24 dekabr 2024-cü il tarixli, 315/1/2024 nömrəli əmrinə müvafiq olaraq təşkil edilib. İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı Kollecdə İmtahan Qərargahı və Qaynar xətt yaradılıb.
Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.
İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət olunur.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov imtahan sessiyasının gedişatı ilə tanış olub və tələbələrə uğurlar arzulayıb.
İmtahan zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.