Dəyirmi Masa 20 Yanvar faciəsinə həsr olunmuşdur

UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 20 Yanvar faciəsinə həsr olunmuş Dəyirmi Masa keçirildi.

Kollecin ədəbiyyat müəllimi Cəvahir Tanrıverdinin təşkilatçılığı ilə təşkil olunan Dəyirmi Masada ilk olaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik  sükutla anıldı. 

Sonra qeyd olundu ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından otuz beş il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edirlər.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək qeyd etdi ki, həmin  gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Müsahibat Uçotu”şöbəsinin müdiri Şahgül Qardaşəliyev  Dəyirmi Masada çıxış edərək söylədi ki, 20 Yanvar faciəsi xalqımızın ən ağır faciəsidir. 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir. 

Sonra tələbələrin hazırladıqları bədii hissə ilə Dəyirmi Masa işini davam etdirib.

16-01-2025, 03:07
up