20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi kecirildi
Elm və Təhsil Nazirliyinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ümumxalq Hüzn Gününə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgidə 20 Yanvar hadisəsinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanışı olduğunu əks etdirən kitablar, salnamələr, fotolar, jurnallar, dövri mətbuat və digər materiallar numayiş olunub.