Kollecdə Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edildi

UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Daha yaxşı İnternet!” şüarı ilə qeyd olunan tədbir Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunmuşdur.

Tədbirdə Kollecin müəllimi Şəkürə Məsimova bildirib ki, Avropa Komissiyasının (International Safer Internet Day)  qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində qeyd olunur. Həmin günü qeyd etməkdə məqsəd təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. 


7-02-2025, 01:05
up