Alavərdi Culfayevin 70 illik yubleyi qeyd edildi

Bu gün UNEC-in nəzdində Sosial İqtisadi Kollecin hüqüqşunası, “Şöhrət” ordenli Alavərdi Culfayevin 70 illik yubleyi ilə əlaqədar kollecdə tədbir keçirilib.
Tədbirdə uzun illər Alavərdi Culfayevlə birgə çalışmış AyətşahQardaşəliyev,ZiyyəddinMusayev,Rəfiqə Qurbanova,Kəmalə Nəsirova və digər qonaqlar da iştirak edirdilər.
Təhsil İşcilərinin Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov çıxış edərək Alavərdi Culfayevi təbrik edib və səmərəli fəaliyyətinə görə komitənin adından ona hədiyyələr təqdim edib.
Kollecin müəllimləri Sabir Süleymanov, Təranə Məmmədova və Xanım Məmmədova çıxışlarında Alavərdi Culfayevə sağlıqlı ömür, xoş günlər arzuladılar.
Kollecin direktoru Şəhriyar Laçınov çıxış edərək bildirdi ki, Alavərdi Culfayevin 70 illik yubleyi münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov “Fəxri Fərman”la təltif edib. Alavərdi Culfayev çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılara öz minnətdarlığını bildirdi.
Tədbir bədii hissə ilə davam edib.

11-02-2025, 16:30
up