UNEC nəzdində Sosial-İqtisadi Kollecinin tələbələri üçün təlim keçirilib

Fevralın 20-də “Dadashsoy Business School”un təşkilatçılığı ilə  “AzEstetik Group” şirkətinin təsisçisi Fariz Məmmədovun UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbələri ilə “Qızıl xətt” mövzusunda təlimi keçirilib. 

“Az, yoxsa çox?”, “İş, yoxsa ailə?”, “Bəs bu seçimlərin arasında necə qərar verək?”, “Qızıl xətt nədir?” və s. mövzularda aparılan müzakirələrdə Fariz Məmmədov tələbələrə öz bacarıqlarını effektiv şəkildə təqdim etməyi, güclü şəxsi imic yaratmağı və rəqiblərdən fərqlənməyi ilə bağlı fikirlərini paylaşdı.


20-02-2025, 04:36
up