UNEC-in tələbə və məzunu Prezident mükafatına layiq görülüb

Prezident İlham Əliyev "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.
UNEC-in tələbəsi Azər Əliyev və məzunu Emiliya Bayramova Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüblər.
Azər Əliyev 2010 - 2014-cü illərdə UNEC-in Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb.  Hazırda isə UNEC-də MBA proqramında “Layihələrin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir.
Emiliya Bayramova 2016 - 2020-cu illərdə UNEC-in Rus İqtisad Məktəbində “Beynəlxalq münasibətlər“ ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ASAN Könüllüləri Gənclər Təşkilatının sədridir.
Azər Əliyev və Emiliya Bayramovanı təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!



3-02-2022, 11:46
up